Bolqarıstanın "Ludoqorets" klubu müdafiəçi Aleksandr Aleksandrovu Azərbaycana buraxmaq istəmir.
Sportarena.az xəbər verir ki, 29 yaşlı futbolçunun klubu onun qalmasında maraqlıdır. Bu üzdən də məşqçilər korpusu futbolçunun nə ölkəmizə, nə Türkiyəyə getməsini istəyir.
Baxmayaraq ki, futbolçunun klubla müqaviləsinin müddəti başa çatmışdı və azad agent statusu daşıyırdı, klub ona daha sərfəli təklif irəli sürərək, komandaya qayıtmasına çalışır.
Qeyd edək ki, ölkə mətbuatı "Kəpəz" və "Mersin İdmanyurdu"nun Aleksandrovla maraqlandığını yazmışdı.