2006-cı ildə nüfuzlu “Consulting&Business” jurnalı tərəfindən təsis olunan və hər il təqdim olunan “Company of the Year” milli mükafatının 2015-ci ilin yekunları üzrə laureatları dekabrın 16-da “Jumeirah Bilgah Beach” mehmanxanasında keçirilən təntənəli təqdimat mərasimində elan olundular.
23 laureat – biznes sferasında 22 və bir xüsusi nominasiyada – arasında bizim üçün xüsusi ilə fərqləndiriləcək nominant vardı. “Müasir şəhərsalmada ən uğurlu tikinti layihəsi” nominasiyasında AAAF Park Yaşayış Kompleksi qalib elan olundu. Mükafatı Kompleksin təsisçisi Tofiq Heydərov qəbul etdi.
Regional tikinti şirkətləri arasında ən böyük və müasir yaşayış kompleksi olmaqla yanaşı, “AAAF İnşaat” MMC həm də ən böyük vergi ödəyicilərindən biri kimi bəyan edilən bu mükafata layiq görülüb.
Xatırladaq ki, AAAF Park ölkəmizin daşınmaz əmlak bazarının liderlərindən biridir. Şirkətin həyata keçirdiyi müxtəlif sosial satış kampaniyaları hər zaman ilk və yenilikləri ilə daşınmaz əmlak bazarında satış strategiyasının dəyişməsinə təsir edə bilir. Gənc ailələr üçün gələcək sərmayə layihəsi ərazisi kimi özünü bəyan edən AAAF Park Yaşayış Kompleksi, regionda nümunəvi şəhərsalma layihəsidir. Kompleksin ərazisində idman, təhsil, sağlamlıq, istirahət və asudə vaxtın səmərəli təşkilini özündə birləşdirən müasir üslublu və texnoloji yeniliklərlə təchiz edilmiş xidmət müəssisələri fəaliyyət göstərir.
Qeyd edək ki, sahibkarlıq fəaliyyətində yüksək nailiyyətləri ilə seçilən, qüsursuz işgüzar nüfuza malik olan, sosial və xeyriyyə proqramlarında iştirakı ilə seçilən bir çox öndə gedən şirkərlər Consulting&Business jurnalının təsis etdiyi “Company of the Year 2015” mükafatına layiq görülürlər.