Cavid Hüseynov birinci oldu - VİDEO

21:25 8 Yanvar 2016

"Qəbələ" 2015-ci ildə klubun vurduğu ən yaxşı qolu seçmək üçün sorğu keçirib.

Sportarena.az xəbər verir ki, rəsmi "facebook" səhifəsində keçirilən sorğuda seçim üçün azarkeşlərə 5 qol təqdim olunub.
Mübarizə Cavid Hüseynovun Tbilisidə, Asif Məmmədovun isə Qəbələdə "Dinamo"ya, Sergey Zenyovun "Çukariçki"yə, Aleksey Antonovun "İnter"ə (Bakı), Luis Hilario Dodonun "Panatinaykos"a vurduğu qollar arasında gedib.
10 gündən artıq davam edən sorğuda böyük üstünlüklə Cavid Hüseynov qalib olub. Futbolçunun Gürcüstan təmsilçisinin qapısından keçirdiyi bu qol ilin qolu adını alıb.
Sorğunun yekun nəticəsini faizlərlə təqdim edirik:
Cavid Hüseynov - 89
Asif Məmmədov - 4
Sergey Zenyov - 3 
Luis Hilario Dodo - 3
Aleksey Antonov - 1


Digər xəbərlər

Xəbər xətti