IFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnirdə bu gün keçirilmiş Sloveniya U-19 - Azərbaycan U-17 oyunundan sonra rəqibin baş məşqçisi İqor Benedeyçiç bunları deyib:
“Çox texnikalı komandaya qarşı oynadıq. Birinci hissədə 2 qol vurduq. Azərbaycan millisinin də fərqlənmək üçün şansları oldu. Amma onlar şanslardan yararlana bilmədilər. Həm də biz ilk yarıda iki qol vuraraq, böyük üstünlük qazanmışdıq. Bu səbəbdən də ikinci hissədə daha rahat çıxış etdik. Qapıçımızın oyununu qeyd etmək istərdim. O bir neçə epizodda inamlı oynadı. Əminliklə deyə bilərəm ki, bu gün qapıçımız bizə çox kömək etdi”.