FİFA "Xəzər Lənkəran"ın qadağasını ləğv etdi

02:22 9 Yanvar 2016

FİFA-nı transfer qadağasına görə uzun müddət əziyyət çəkən “Xəzər Lənkəran” nəhayət ki, rahat nəfəs ala bilər.
Sportarena.az xəbər verir ki, yanvar ayının 8-də axşam saatlarında FİFA-dan “Xəzər Lənkəran”a daxil olan məktubda dünyanın ali futbol qurumunun transfer qadağasını dəyişdiyi qeyd olunub. Bu isə o deməkdir ki, “Xəzər Lənkəran” innən belə istədiyi futbolçunu transfer edə biləcək. (12cioyuncu.info)

 


Digər xəbərlər

Xəbər xətti