Yığmamızın ən yaxşısı kim oldu?

10:16 9 Yanvar 2016

FIFA-nın 1-ci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 28-ci ənənəvi beynəlxalq turnirdə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Sloveniyaya qarşı keçirdiyi oyunda ən yaxşı oyunçusu müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, turnirin təşkilatçıları Sankt-Peterburqda baş tutan qarşılaşmada Fərid Nəbiyevi fərqləndiriblər.

 

Qeyd edək ki, yığmamız qrupdakı son oyununda 0:4 hesablı məğlubiyyətlə üzləşib.


Digər xəbərlər

Xəbər xətti