"Düzgün istiqamətdə hərəkət etsək..." - "Neftçi"nin məşqçisi

11:14 9 Yanvar 2016

“Neftçi”nin 10 yaşadək futbolçulardan ibarət komandası U-10 Liqasının növbəti oyunlarına hazırlığı davam etdirir. Sportarena.az xəbər verir ki, baş məşqçi Ruslan Qafitulin və komandanın kapitanı Murad Məmmədov Neftçi TV-yə açıqlama veriblər.

 

Ruslan Qafitulin: “AFFA-nın təşkil etdiyi çempionatın davamının yanvarın 13-də başlanmasını, eləcə də həftədə 3 dəfə olmaq şərtilə məşqlər keçməyimizi nəzərə alaraq, qərara alınmışdı ki, hazırlıqlara erkən başlayaq. Komandanın heyətində 2007-ci təvəllüdlü 5-6 futbolçu oynayır. Hesab edirəm ki, bu, klubumuz üçün böyük nailiyyətdir. Çünki mübarizə apardığımız çempionatda 2006-cı il təvəllüdlü futbolçular çıxış edir. Düzgün istiqamətdə hərəkət etsək, bu futbolçular gələcəkdə həm klubumuzun, həm də milli komandanın aparıcı simalarına çeviriləcəklər".

 

Murad Məmmədov: “Məqsədimiz qarşıdakı oyunlarda qələbə qazanmaqdır. Mən kapitan kimi deyirəm ki, komanda yoldaşlarım bu oyunları qələbə ilə başa vuracaqlar”.


Digər xəbərlər

Xəbər xətti