Premyer Liqanın bombardiri sağaldı

12:01 9 Yanvar 2016

"Lester"in hücumçusu Ceymi Vardi sağalıb. Sportarena.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Klaudio Ranyeri məlumat verib.

 

Təcrübəli mütəxəssisin sözlərinə görə, Premyer Liqanın bombardiri hazırda fizioterapist nəzarəti altında məşq edir.

 

Təcrübəli forvardın "Tottenhem"lə oyuna kimi hazır olacağı bildirilir. Ancaq Ranyeri komandanın ən sərarast üzvünü riskə atmamaq üçün, onu "Aston Villa" ilə görüşə də saxlaya bilər.


Digər xəbərlər

Xəbər xətti