Elnur Allahverdiyev istəyir, "Xəzər Lənkəran" rəhbərliyi "yox" deyir

13:08 9 Yanvar 2016

"Xəzər Lənkəran" və millimizin sabiq futbolçusu Elnur Allahverdiyev cənub təmsilçisinə geri dönmək istəyir. Futbolçu artıq bu istəyini baş məşqçi Yunis Hüseynova da bildirib.

 

Sportarena.az "sportal.az"a istinadən xəbər verir ki, klub rəhbərliyi bu keçidin əleyhinədir. Bunun da xüsusi səbəbləri var. Belə ki, 2013-14 cü ildə mövsümün ilk yarısını Allahverdiyev icarə əsasında "Qəbələ"də keçirmişdi.

 

Həmin mövsümün fasiləsində klub rəhbərliyi Allahverdiyevi müqavilə ilə məxsus olduğu cənub klubuna çağırsa da, futbolçu bu təklifi rədd edib "Neftçi" ilə müqavilə bağlamışdı. Klub rəhbərliyinin Elnurun o vaxt etdiyindən sonra indi geri qayıtmasına "yox" deyəcəyi gözlənilir


Digər xəbərlər

Xəbər xətti