"Xəzər Lənkəran"dan transfer açıqlaması

13:10 9 Yanvar 2016

"Xəzər Lənkəran" klubuna FİFA tərəfindən qoyulmuş transfer qadağası aradan qalxıb. Sportarena.az xəbər verir ki, bu barədə "Report"a klubun beynəlxalq əlaqələr üzrə meneceri Ramil Cahangirov bildirib.

 

Onun sözlərinə görə, artıq FİFA TMS-də (Transfer Uyğunlaşdırma Sistemi) "Xəzər Lənkəran" üçün 2 keçid dövründə qapalı olan pəncərə açılıb. Bundan sonra klub beynəlxalq oyunçu keçidlərini bu sistemdə qeydiyyata aldıra bilər. Eyni zamanda daxili transferlərin də AFFA və Peşəkar Futbol Liqasında sənədləşdirilməsinə icazə verilib.

 

Bununla belə, əcnəbi futbolçuların şikayəti əsasında FİFA-nın kluba tətbiq etdiyi cərimə ödənilməmiş qalır. R.Cahangirov hazırda həmin cərimənin hissə-hissə ödənilməsinə nail olmağa çalışdıqlarını bildirib.

 

Qeyd edək ki, FİFA-nın transfer qadağası üzündən "Xəzər Lənkəran" 2015-ci ilin nə qış, nə də yay transfer dövründə oyunçu transfer edə bilib.


Digər xəbərlər

Xəbər xətti