Cüdo üzrə Azərbaycan milli komandası Braziliyanın San-Paulu şəhərində təlim-məşq toplanışını davam etdirir. Sportarena.az xəbər verir ki, yanvarın 21-dək davam edəcək toplanışda milli komandamızın cüdoçuları - İlqar Müşkiyev, Orxan Səfərov, Hidayət Heydərov, Tərlan Kərimov, Rüstəm Orucov, Əbdülhəq Rəsullu, Hüseyn Rəhimli, Rüstəm Alimli, Ramin Qurbanov, Şahin Qəhrəmanov, Məmmədəli Mehdiyev, Elmar Qasımov, Elxan Məmmədov, Uşangi Kakouri və Əlixan Həsənov iştirak edir.
Baş məşqçi Peter Zayzenbaherin rəhbərliyi altında hazırlıq keçənlər arasında paralimpiyaçı cüdoçumuz İlham Zəkiyev də yer alıb.
Qeyd edək ki, toplanış başa çatdıqdan sonra cüdoçularımız yanvarın 22-24-də Kubada keçiriləcək Qran-pri turnirinə qatılmaq üçün bu ölkəyə yollanacaqlar.