Azərbaycanda çalışmış mütəxəssis klublarımıza futbolçu təklif edəcək

15:15 9 Yanvar 2016

Tovuzun "Turan" komandasının sabiq baş məşqçisi Naci Şensoy hazırda çalışdığı Bolqarıstanın "Pirin" klubunun futbolçusu Martin Toşevi Azərbaycan klublarına təklif edəcək. Sportarena.az xəbər verir ki, bu barədə 58 yaşlı mütəxəssis yerli mətbuata açıqlamasında bildirib.

 

O, hazırda Toşevin yüksək liqada qalmaq uğrunda mübarizə aparan komandaya kömək etdiyini söyləyib: "Komandamızda əcnəbi futbolçu yoxdur. Bununla fəxr edə bilərik. Bir çox oyunçumun xaricə getməyə potensialı var. Onlardan biri Martin Toşevdir. O, indi bizə yüksək liqada yerimizi qorumağa lazımdır. Amma gələn mövsüm Toşevi Azərbaycan klublarına təklif edə bilərəm".

 

Qeyd edək ki, Naci Şensoy 2002-2003, 2004-2005 və 2012-ci illərdə "Turan"ın baş məşqçisi olub. Sofiya MOİK-inin yetirməsi Martin Toşev isə 2014-cü ildən çıxış etdiyi "Pirin"də 46 oyuna 14 qol vurub. 26 yaşlı hücumçu əvvəllər Bolqarıstanın 19 və 21 yaşadək yığmalarında çıxış edib.


Digər xəbərlər

Xəbər xətti