Almaniyanın "Karlsrue" klubu ikinci Bundesliqada mövsümün qalan hissəsinə hazırlığı davam etdirir. Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası artıq yoxlama oyunlarındakı rəqiblərini də müəyyənləşdirib.
"Karlsrue"nin ilk iki rəqibi Bundesliqa təmsilçiləridir. Belə ki, yanvarın 13-də futbolçumuzun komandası "İnqolştadt"la, ayın 16-da isə Münhen "Bavariya"sı ilə qarşılaşacaq. Yanvarın 30-da isə bu komandanı ikinci Bundesliqanın digər təmsilçisi "Qroyter"lə görüş gözləyir.