8 il müddətinə futboldan uzaqlaşdırılan Mişel Platini FİFA prezidentliyinə namizədlikdən rəsmən imtina edib.
Sportarene.az xəbər verir ki, bu barədə açıqlama verən Platini:
"Artıq FİFA prezidentliyinə namizəd deyiləm. Bundan sonra əsas diqqətimi müdafiəmə yönəldəcəm. Blatter FİFA prezidentliyindən istefa verdikdən sonra 150 federasiyadan dəstək aldım. Lakin artıq motivasiyam qalmadı. İşlər heç də yaxşı görünmür. Hər zaman mübarizə apardım, ancaq mənə rəqabət şansı verilmədi." deyə bildirib.
Qeyd edək ki, FİFA Etik Komitəsinin qərarına əsasən Platini 8 il müddətinə futboldan kənarlaşdırılıb. FİFA prezidentliyinə seçkilər bu il, fevralın 26-da Sürixdə keçiriləcək.