Totti qayıdır: 3 aylıq fasilədən sonra

00:04 10 Yanvar 2016

"Roma"nın hücumçusu Françesko Totti A seriyasının 19-cu turunda "Milan"a qarşı oynaya biləcək. 
Sportarena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 39 yaşlı italiyalı futbolçu zədə səbəbilə 3 aydır yaşıl meydanlardan kənarda qalıb. Bu mövsümdə cəmi 3 oyun keçirən təcrübəli forvard 1 qol vurub, 1 məhsuldar ötürməylə yadda qalıb.


Digər xəbərlər

Xəbər xətti