“Xəzər Lənkəran”a daha bir futbolçu qoşulacaq

01:06 10 Yanvar 2016

Təlim-məşq toplanışını doğma şəhərdə keçən “Xəzər Lənkəran” hazırlığının ikinci günündə iki dəfə məşq edib. 
Sportarena.az xəbər verir ki, yanvarın 9-da əvvəlcə səhər saat 10:30-da futbolçulardan normativlər götürülüb.
 
Ardıyca baza-oteldə az müddətli istirahətə çəkilən komanda saat 16:00-da stadionun ehtiyat meydançasında toplu çalışmalardan ibarət məşqə başlayıb.
 
Heyətdə hələlik Akif Tağıyev və Hacı Əhmədov olmaqla iki yeni futbolçu var. Yanvarın 13-də toplantı Bakıda davam etdirilərkən Tural Cəlilov da komandaya qoşulacaq.
 
Rasim Ramaldanovun isə geri dönüb-dönməyəcəyinə yanvarın 10-da tam aydınlıq gələcək. 
(12cioyuncu.info)


Digər xəbərlər

Xəbər xətti