FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnirdə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının son rəqibi müəyyənləşib.
Sportarena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığmamız 7-ci yer uğrunda oyunda Belarusun U-19 komandası ilə üz-üzə gələcək.
Yanvarın 12-də Peterburqski İdman-Konsert Kompleksində keçiriləcək oyun Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.