Formula 1-də pilot qismində çıxış edən ilk qadın - italiyalı Mariya Tereza de Filippis 90 yaşında vəfat edib.
Sportarena.az xəbər verir ki, pilot Formula 1 yarışlarında 1958 və 1959-cu illərdə iştirak edib. Onun ən yaxşı göstəricisi Belçika Qran-prisində tutduğu 10-cu yer olub.