"Liverpul" Münhenqladbax "Borussiya"sının yarımmüdafiəçisi Qranit Caka ilə maraqlanır.
Sportarena.az xəbər verir ki, İngiltərə klubu 23 yaşlı isveçrəli futbolçuya görə qarşı tərəfə 50 milyon avro ödəməyə hazırdır. Cari mövsümdə 34 oyunda meydana çıxan Caka 3 qol vurub və 1 məhsuldar ötürməylə diqqət çəkib.
Qeyd edək ki, bu barədə Bild məlumat yayıb.