"Kəpəz" heyətini ukraynalı ilə gücləndirir

14:53 10 Yanvar 2016

Qış fasiləsində hazırlıqlarını ölkə daxilində davam etdirən "Kəpəz" heyətini ukraynalı futbolçu ilə gücləndirə bilər.

Sportarena.az xəbər verir ki, söhbəti Vladimir Koprobkadan gedir. 

Hazırda sözügedən futbolçu gəncəlilərin düşərgəsindədi. Baxışdan keçən ukraynalı ilə bağlı yekun qərarı komadanın baş məşqçisi Şahin Diniyev verəcək. 

Qeyd edək ki, 26 yaşlı Vladimir Korobka hücumameyilli yarımmüdafiəçidir. O, karyerası ərzində "Tavriya”, "Volqar”, "Metallurq”, "Tümen” və "Vitebsk” kimi klublarda forma geyinib.


Digər xəbərlər

Xəbər xətti