İsveç millisinin sabiq futbolçusu Fredrik Lyunberq məşqçilik karyerasına başlayıb.
Sportarena.az xəbər verir ki, 38 yaşlı Lyunberq yenidən keçmiş klubu "Arsenal"a qayıdıb.
O, "Arsenal"ın U-15 komandasını çalışdıracaq. Bu barədə "tvitter" səhifəsində yazan Lyunberq bunları bildirib:
"Keyptaundakı son həftəmi keçirirəm. Daha sonra evimə "Arsenal"a qayıtdım. Orada U-15 komandasını çalışdıracam. Səbirsizliklə bu günü gözləyirəm".
Qeyd edək ki, ötən ay karyerasını başa vuran Lyunberqin son komandası Hindistanın "Mumbai Siti" klubu olub. 1998-2007-ci illərdə "Arsenal"da çıxış edən İsveç yığmasının sabiq üzvü keçirdiyi 317 oyunda 71 qol vurub.