Klubumuz türkiyəli məşqçi ilə yollarını ayırdı

16:33 10 Yanvar 2016

Bakının qadınlardan ibarət "Azərreyl” voleybol klubu türkiyəli məşqçisi Onat Kurtla yollarını ayırıb.
Buna baş məşqçi Bülənt Karslıoğlunun qərarı səbəb olub. Belə ki, B.Karslıoğlu həmyerlisi ilə işləməkdə maraqlı olmayıb. Nəticədə Onat Kurt 2011-ci ildən çalışdığı komandadan ayrılmaq məcburiyyətində qalıb.
Qeyd edək ki, Onat Kurt Azərbaycanda işini davam etdirəcək. O, qadınlardan ibarət Azərbaycan millisində yenə də statistik məşqçi kimi çalışacaq.


Digər xəbərlər

Xəbər xətti