"Çelsi" futbolçusu "Qalatasaray" yolunda

18:31 10 Yanvar 2016

Hücum xəttini gücləndirmək niyyətində olan Türkiyənin "Qalatasaray" klubu yeni transfer etməyə hazırlaşır.
Sportarena.az xəbər verir ki, "Çelsi"nin icarə əsasında "Bornmut" klubunda forma geyən futbolçusu Kristian Atsunu heyətinə qatmaq istəyən "sarı-qırmızılar" artıq London klubu ilə görüşlərə də başlayıblar.
Qeyd edək ki, hal hazırda "Bornmut"un heyətində icarə əsasında çıxış edən 23 yaşlı futbolçu bu sezon sadəcə 2 dəfə meydana çıxıb.


Digər xəbərlər

Xəbər xətti