Bakıda açıq şəhər çempionatı keçiriləcək

21:38 10 Yanvar 2016

Yanvarın 11-dən 14-dək Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə oğlanlar və qızlar arasında cüdo üzrə açıq şəhər çempionatı keçiriləcək.
Sportarena.az xəbər verir ki, Xəzər rayonundakı Şağan Olimpiya İdman Kompleksində qalib adı uğrunda müxtəlif çəki dərəcələri üzrə 2002-2003 və 2004-2005-ci il təvəllüdlü idmançılar mübarizə aparacaqlar.

Çempionatda ilk üç yeri tutan idmançılar baş idarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunacaqlar. 

(AzərTac)


Digər xəbərlər

Xəbər xətti