"Qalatasaray" daha bir transfer gerçəkləşdirib.
Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisi "Molde"nin norveçli müdafiəçisi Martin Linnesi heyətinə qatıb. 24 yaşlı futbolçu ilə 3,5 illik müqavilə bağlanıb.
Qeyd edək ki, Linnes Avropa Liqasının qrup mərhələsində "Molde"nin heyətində bu mövsüm "Fənərbaxça" ilə matçda qol vurmuşdu.