“Xəzər Lənkəran”ın dövrələrarası qış fasiləsində doğma şəhərdə təlim-məşq toplantısını davam etdirir.
Sportarena.az xəbər verir ki, son hazırlıq prossesi yanvarın 10-da saat 16:00-da stadionun ehtiyat meydançasında başlayıb. Yeni futbolçulardan Akif Tağıyev, Orxan Səfiyaroğlu və lənkəranlı Əhməd Səmədov məşqdə iştirak ediblər. Yenilər arasında ən çox istəkli olması ilə Səmədov seçilib. Məşqin sonunda daha bir futbolçu komandaya qoşulub. Qaçışla kifayətlənən bu futbolçu "Bakı" klubu ilə yollarını ayıran Kamil Nurəhmədovdur. Sonda əldə etdiyimiz məlumata görə isə Hacı Əhmədov yanvarın 12-də komandanın düşərgəsində olacaq. (12cioyuncu.info)