"Rəvan" heyətini gürcü yarımmüdafiəçi ilə gücləndirmək istəyir. Sportarena.az xəbər verir ki, paytaxt klubu Sandro Çelidzeni heyətinə qatmağa çalışır.
"Aslanlar" hazırda bu futbolçu ilə danışıqları davam etdirir. Böyük ehtimalla onunla 1 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, Çelidzenin son klubu Rusiya "Torpedo"su (Vladimir) olub.