Millimizlə oyunöncəsi qazaxlardan maraqlı addım

15:17 11 Yanvar 2016

Martın 26-da Antalyada millimizlə yoxlama oyunu keçirəcək Qazaxıstan yığmasının yeni baş məşqçisinin kimliyinə azarkeşlər qərar verəcək. Sportarena.az xəbər verir ki, bununla bağlı federasiya qərar qəbul edib.

 

Belə ki, qurumun rəsmi saytında açıq səsvermə keçirilir. Yanvarın 15-dək davam edəcək ilkin mərhələdə hələlik, qazaxlar millini yerli və ya əcnəbi mütəxəssisin çalışdırmasını müəyyənləşdirməlidirlər.

 

Bu müəyyənləşdikdən sonra səsvermənin ikinci mərhələsi təşkil olunacaq.


Digər xəbərlər

Xəbər xətti