Premyer Liqanın 3-cü dövrəsi üçün hazırlığını davam etdirən "Sumqayıt" bu gün səhər məşqində daha çox fiziki hazırlıq üzərində çalışıb.
Sportarena.az xəbər verir ki, komanda Samir Abasovun rəhbərliyi altında əvvəlcə dəniz kənarında hazırlaşıb, daha sonra topla çalışmalara üstünlük verib.
"Sumqayıt" axşam "Kapital Bank Arena"da məşqə çıxacaq. Qeyd edək ki, "Sumqayıt" növbəti yoxlama oyununu yanvarın 13-də səfərdə AZAL-a qarşı keçirəcək.