Türkiyədə 19 yaşlı futbolçu ölüb. Sportarena.az xəbər verir ki, Kayseri şəhərində həvəskarlar liqasında çıxış edən "Argıncıkspor" klubunun futbolçusu Duran Orxan səhər yeməyi zamanı qəfildən keçinib.
Onun qəbul etdiyi qida nəfəs borusunu tutub. Valideynləri tərəfindən xəstəxanaya çatdırılan gəncin həyatını xilas etmək mümkün olmayıb.