"İnter"in sabiq üzvü "Dinamo"da

18:49 11 Yanvar 2016

Bakının "İnter” klubundan ayrıldıqdan sonra Türkiyə PTT I Liqasında çıxış edən "Karşıyaka”nın şərəfini qoruyan Aleksandr Amisulaşvilinin yeni klubu olub.

 

Sportarena.az xəbər verir ki, Gürcüstan milli komandasını üzvü karyerasını vətənində davam etdirəcək. Təcrübəli müdafiəçi Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Qəbələ”nin mübarizədən kənarlaşdırdığı Tiflisin "Dinamo” klubuna transfer olub.

 

Bu barədə klubun rəsmi saytında məlumat verilib. O, yeni klubu ilə 1 illik müaviləyə imza atıb.


Digər xəbərlər

Xəbər xətti