Premyer Liqada yaranmış fasilə dövründə ölkə ərazisində hazırlıq keçən klublar arasında təşkil olunacaq turnirin püşkü atılıb. Sportarena.az xəbər verir ki, turnirdə dördü Premyer Liqa ("Neftçi", AZAL, "Xəzər Lənkəran", "Rəvan"), qalanı isə birinci divizion təmsilçisi ("Şərurspor", "Qaradağ Lökbatan" , "Neftçala" və MOİK) olmaqla səkkiz klub iştirak edəcək.
Püşkatma nəticəsində birinci qrupa AZAL, MOİK, "Şərurspor" və "Neftçi", ikinci qrupa isə "Xəzər Lənkəran", "Qaradağ Lökbatan", "Neftçala" və "Rəvan" düşüb.
İlkin formata görə, qrup birinciləri finalda turnirin qalibini müəyyənləşdirəcəklər. Turnirin oyunları "Bayıl Arena" və "AZAL Arena"da keçiriləcək. (azerisportcomz)