Mövsümün ikinci yarısına hazırlıqlarını davam etdirən “Xəzər Lənkəran” daha iki futbolçunu baxışa dəvət edib.
Sportarena.az "qol.az"a istinadən xəbər verir ki, bunlar “Zirə”nin futbolçusu Hacı Əhmədov və “Bakı”dan ayrılan Kamil Nurəhmədovdur.
Buna qədər Akif Tağıyev, Orxan Səfiyaroğlu və Əhməd Səmədov da baxış üçün “Xəzər Lənkəran”ın düşərgəsinə qoşulmuşdu.
Baş məşqçi Yunis Hüseynov yaxın günlərdə baxışda olan futbolçular haqda qərarını verəcək.