"Mançester Siti"nin futbolçusu Vensan Kompaninin də olduğu şəxsi təyyarə şənbə günü aeroportun qalxma zonasından kənara çıxıb.
Sportarena.az xəbər verir ki, insident Norviçdəki hava limanından qalxan zaman baş verib. 5 nəfərin olduğu təyyarədə xoşbəxtlikdən qəza baş verməyib.
Qeyd edək ki, Kompaninin heyətdə yer almadığı oyunda "Mançester Siti" şənbə günü "Norviç"i İngiltərə kubokunda məğlubiyyətə uğratmışdı.