2015-ci ilin ən yaxşı baş məşqçisi adına aydınlıq gəlib.
Sportarena.az xəbər verir ki, FİFA-nın sorğusuna əsasən bu ada Massimiliano Alleqrini ("Yuventus") və Xorxe Sampaolini (Çili millisi) geridə qoyan "Barselona"nın baş məşqçisi Luis Enrike laiq görülüb.
Qeyd edək ki, ötən mövsüm bu mükafatı Almaniya millisinin çalışdırıcısı Yoahim Löv qazanıb.