FİFA 2015-ci ilin ən gözəl qolunun sahibi açıqlanıb.
Sportarena.az xəbər verir ki, azarkeşlərin arasında keçirilən sorğuda ötən ilin ən yaxşı qolu müəyyənləşib. Belə ki, "Qoyanesii"nin futbolçusu Vendell Liranın "Atletiko Qoyanense" vurduğu qol ən yaxşı seçilib.
Qeyd edək ki, 2014-cü ildə bu mükafatı Kolumbiya millisinin futbolçusu Xames Rodriges vurduğu qolla əldə etmişdi.