FİFA 2015-ci ilin ən yaxşı qadın futbolçusunun adını açıqlayıb.
Sportarena.az xəbər verir ki, FİFA-nın sorğusuna əsasən ötən il Dünya Çempionatının qalibi olan və finalda het-trik edən Karli Llyod ən yaxşı seçilib.
Qeyd edək ki, Karli Llyod ABŞ millisinin və “Xyuston Deş” klubunun üzvüdür.