"Kəpəz"də baş məşqçi dəyişikliyi

10:31 12 Yanvar 2016

"Kəpəz”in sabiq baş məşqçisi Vidadi Rzayev yenidən doğma klubuna qayıdıb.

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis 19 yaşlılardan ibarət komandanın baş məşqçisi təyin edilib.

 

O, bu postda Fuad İsmayılovu əvəz edib. Bununla belə, İsmayılov da komandanı tərk etməyib. O, Rzayevin köməkçisi təyin edilib. U-19 komandasında köməkçi məşqçi işləmiş Tofiq Məmmədov isə klubun 16 yaşlılardan ibarət komandasının baş məşqçisi olub.

 

Qeyd edək ki, Vidadi Rzayev müxtəlif vaxtlarda “Kəpəz”də məşqçi və baş məşqçi işləyib. Ötənlərin məşhur futbolçusu komanda birinci divizionda çıxış edərkən “sarı-göylər”in əsas çalışdırıcısı olub.


Digər xəbərlər

Xəbər xətti