Messi, yoxsa Ronaldo? Bizimkilər kimə səs verib?

11:10 12 Yanvar 2016

Argentina yığmasının və İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi karyerasında beşinci dəfə "Qızıl top" mükafatına sahib çıxıb. Sportarena.az xəbər verir ki, qalibin müəyyənləşməsində Azərbaycandan üç nəfər - Robert Prosineçki, Rəşad Sadıqov və Ramin Mövsümov sorğuda iştirak edib.

 

Onların seçimini diqqətinizə çatdırırıq:

 

Yığmamızın kapitanı Rəşad Sadıqov: Lionel Messi – Kristiano Ronaldo – Luis Suares

Yığmamızın baş məşqçisi Robert Prosineçki: Lionel Messi – Kristiano Ronaldo – Tomas Müller

Jurnalist Rasim Mövsümov: Neymar - Luis Suares - Robert Levandovski


Digər xəbərlər

Xəbər xətti