Millimizin üzvü ehtiyatda qaldı

11:43 12 Yanvar 2016

Türkiyə kubokunun qrup mərhələsinin 3-cü turunun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, "Antalyaspor" klubu doğma meydanda "Tuzlaspor"la qarşılaşıb. Matç meydan sahiblərinin 1 - 0 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin heyətində qolun müəllifi "Xəzər Lənkəran"ın sabiq futbolçusu olan Etame Mbilla olub.

 

Bundan əlavə, "Antalyaspor"un iştirak ərizəsində U-19 millimizin futbolçusu Cem Fələkin adı olsa da, komandanın baş məşqçisi Joze Morais ona şans verməyib və yığmamızın üzvü oyunu ehtiyat oyunçular skamyasından izləyib.

 

Qeyd edək ki, H qrupunda yer alan "Antalyaspor" 6 xalla 2-ci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti