Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ann.tv saytının əməkdaşı Rasim Əliyevin ölümündə təqsirləndirilən Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.
Sportarena.az xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı ittiham aktını elan edib.
S.Mustafayev və K.Mədəov özünü təqsirli bilməyib. Digərləri özlərini qismən təqsirli bildiklərini deyib.
E.İsmayılov deyib ki, Rasim Əliyev onun anasını söydüyü üçün jurnalistlə "görüşməyə" gedib: "Cavidin ("Qəbələ" klubun sabiq kapitanı Cavid Hüseynov nəzərdə tutulur - "Report") işdən xəbəri yoxdu. Oğurluq ittihamını isə qəbul etmirəm".
C. Məmmədov isə "Bilməzdim ki, bir-iki təpiklə adam ölər" - deyib.
Məhkəmənin növbəti iclası yanvarın 14-nə təyin edilib.