Azərbaycanlı futbolçu "Zenit"ə qayıdır?

13:48 12 Yanvar 2016

"Zenit-2"nin baş məşqçisi Vladislav Radimov icarə əsasında "Rubin"də oynayan futbolçusu Ramil Şeydayev haqqında fikirlərini bildirib. Sportarena.az xəbər verir ki, Radimov Rusiya mətbuatına açıqlamasında Şeydayevin geri dönmək ehtimalından da söz açıb:

 

"Şeydayevin bizimlə müqaviləsi var. O, tibbi müayinədən keçdikdən sonra komandaya geri dönəcək. Lakin, o əvvəlcə Rusiyanın gənclərdən ibarət yığması ilə birlikdə Rusiya Birlik Kubokunda iştirak etməlidir. Bu müsabiqədə onun necə iştirak edəcəyini maraqla gözləyirəm. Şeydayev nəzəri cəhətdən "Zenit"də çıxış edə bilər. Lakin bu barədə son sözü klubun idman direktoru deyəcək. Şeydayev hazırda oyun praktikasından əziyyət çəkir. O, 6 ay demək olar ki, futbolsuz qalıb. Əgər onda Premyer Liqada alınmadısa, bir addım geri ataraq yenidən zirvələrə doğru irəliləməlidir".


Digər xəbərlər

Xəbər xətti