"Özümüzü toparlamalıyıq" - Millimizin rəqibinin baş məşqçisi

15:09 12 Yanvar 2016

"Avro-2016"nın final mərhələsində millimizlə eyni qrupda yer alan futzal üzrə Çexiya millisinin baş məşqçisi Tomaş Noyman komandasının hədəfini açıqlayıb. Sportarena.az xəbər verir ki, təcrübəli mütəxəssis turnirdə əsas məqsədlərinin qrupdan çıxmaq olduğunu bildirib:

 

"Avropa çempionatının final mərhələsində əsas məqsədimiz qrupdan çıxmaqdır. Özümüzü toparlamalıyıq və bir il əvvəlki oyunumuzu nümayiş etdirməliyik".

 

Qeyd edək ki, D qrupunda qərarlaşan Çexiya millisi Azərbaycanla yanaşı, İtaliya yığması ilə də mübarizə aparacaq.


Digər xəbərlər

Xəbər xətti