Futbolun İnkişafına dair yeni Dövlət Proqramı hazırlanır. Sportarena.az xəbər verir ki, bu barədə məlumatı AFFA-nın baş katibi Elxan Məmmədov verib.
Hazırda Dövlət Proqramının detalları dəqiqləşdirilir: "Yeni Dövlət Proqramının AÇ-2020-ni əhatə etməsini istəyərdik. Müəyyən müzakirələr aparılıb. Müddətiylə bağlı konkret nəsə demək çətindir. Dövlət özü Proqramın hansı illəri əhatə edəcəyini bildirəcək. 10 illik də ola bilər, 7 illik də ola bilər. Bu məsələlər Dövlət Proqramı tam hazır olandan sonra dəqiqləşəcək". (azerisport.com)