Antalyada təlim-məşq toplanışında olan "Qarabağ" hazırlıqları davam etdirir. Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu gün komanda bir məşqlə kifayətlənib.
90 dəqiqə davam edən səhər məşqində fiziki yüklənmələr üzərində baş tutub və futbolçular meydan boyu qurulmuş maneələri dəf edərək qapıya zərbələr üzərində çalışıblar. Bir neçə təkrarla baş tutan təmrinlərlə səhər məşqi başa çatıb.
Qeyd edək ki, səhər məşqində Reynaldo və Rəşad Sadıqov iştirak etməyib.