Şahin Diniyev: "Gənclərin məşqindən zövq alıram"

21:20 12 Yanvar 2016

"Kəpəz" hazırlıqlarını davam etdirir.

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 11-dən Yevlaxda məşqlərə başlayan komanda gündə iki dəfə məşqə çıxır. Futbolçular səhər saat 10:30-da və günortadan sonra saat 16:30-da məşqçilər heyətinin tərtib etdiyi plan üzrə hazırlaşır.
 
İlk məşqlərin gedişi haqda "sarı-göylər"in baş məşqçisi Şahin Diniyev  fikirlərini bölüşüb:

 "Məşqlərin ağırlığına baxmayaraq, futbolçular səylə çalışırlar. Bu da baş məşqçi kimi məni sevindirir. Hiss edirəm ki, futbolçular çempionatın ikinci hissəsinin ağır keçəcəyini nəzərə alırlar və daha məsuliyyətlə məşq edirlər. İşə ciddi yanaşmaları təbii ki, biz məşqçilərin ürəyincədir”.

O, “Kəpəz”in Yevlaxdakı təlim-məşq toplanışı müddətində əsasən fiziki hazırlığa diqqət ayıracağını vurğulayıb:

"İndi əsas fiziki hazırlıq üzərində çalışırıq. İlk növbədə oyunçuların fiziki durumunu artırmalıyıq. Sonra taktiki və texniki çalışmalara başlayacağıq. Sizə deyim ki, əvəzedici heyətdə yer alan gənclərin məşqindən də zövq alıram. Çünki onlar da əzmlə hazırlaşırlar”.


Digər xəbərlər

Xəbər xətti