Avstraliyanın Melbrun şəhərində şahmat üzrə açıq ölkə çempionatı başa çatıb.
Sportarena.az xəbər verir ki, ölkəmizi təmsil edən beynəlxalq usta Kənan İzzət 11 oyundan 8.5 xal toplayaraq yarışın qalibi adını qazanıb.
Yerli şahmatçılar Bobbi Çen 8 xalla ikinci, Karl Zelesko isə 7,5 xal toplayaraq üçüncü yerin sahibi olublar.
Qeyd edək ki, yarış İsveçrə sistemi üzrə 11 turdan ibarət keçirilib və 34 şahmatçı qələbə uğrunda mübarizə aparıb.