Yeni futbolçuların transferindən vaz keçən “Xəzər Lənkəran” bu gün növbəti axşam məşqini keçirib.
Sportarena.az xəbər verir ki, baş məşqçi Yunis Hüseynov klub rəhbərliyi ilə görüşmək üçün paytaxta yollandığından hazırlıq prosesi əvəzedici heyəti çalışdıran Elbrus Məmmədovun rəhbərliyində baş tutub.
Stadionun əsas meydançasında saat 16:00-da başlayan məşq toplu çalışmalardan ibarət olub. (12cioyuncu.info)