Yanvarın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin ölümü ilə bağlı keçirilən proses davam etdirilib.
Sportarena.az xəbər verir ki, prosesə yenə jurnalistlər buraxılmayıb.
Futbolçu Cavid Hüseynovun yaxını olan Elşən İsmayılov ifadəsində görüşməzdən əvvəl Rasim Əliyevin telefon danışıqlarında onu söydüyünü bildirib. Lakin jurnalistin valideynləri bunu qəbul etmir, Rasimin onlarla çay içmək niyyəti ilə evdən çıxdığını söyləyirlər.
Vəkil Əsabəli Mustafayevin sözlərinə görə təqsirləndirilən şəxslərin ifadələri ibtidai istintaq dövründə verilən ifadələrlə üst-üstə düşmür.
Növbəti məhkəmə prosesi yanvarın 14-nə təyin olunub.