İtaliya yığmasının baş məşqçisi Antonio Konte və kapitanı Canluici Buffon "Qızıl top" səsverməsində iştirak etməyiblər.
Sportarena.az xəbər verir ki, buna səbəb Buffonun 50 namizəd arasına belə salınmaması olub. Səs verilməmək qərarını İtaliya Futbol Federasiyası verib.
Buffon son mövsümdə Yuventusla İtaliya çempionu və kubokunu qazanmaqdan əlavə Çempionlar liqasının finalına da yüksəlmişdi.